BOKT “EMBAFİNANS” QSC 2025-ci ili əsas maliyyə göstəricilərində əhəmiyyətli artımla başa vurub. Şirkətin maliyyə hesabatına əsasən, 31 dekabr 2025-ci il tarixinə cəmi aktivləri 85.7 milyon manata çatıb. Bu, əvvəlki illə müqayisədə 22.4% və ya 15.7 milyon manat artım deməkdir.
Hesabat dövründə şirkətin kredit portfeli 78.3 milyon manata yüksələrək illik müqayisədə 26.4% artıb. 2024-cü ilin sonunda bu göstərici 62 milyon manat təşkil edib.
2025-ci ilin yekunlarına əsasən, EMBAFİNANS-ın cəmi kapitalı 30.9 milyon manata çatıb ki, bu da illik müqayisədə 19.9% artım deməkdir.
Şirkətin faiz gəlirləri də artaraq 29 milyon manata yaxınlaşıb. Bu göstərici əvvəlki illə müqayisədə 40% yüksək olub.
EMBAFİNANS 2025-ci ili 8.1 milyon manat xalis mənfəətlə başa vurub. Şirkətin xalis mənfəəti illik müqayisədə 12.7% artıb.









