8 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

“Embafinans” BOKT-un istiqrazları təkrar bazara çıxarılır

17 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSCnin ümumi dəyəri 4,000,000.00 (dörd milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

21.09.2021-ci il tarixində “Embafinans” QSC-nin istiqrazları BFB-nin ticarət platforması vasitəsilə təkrar bazarına start verilmişdir.

26.08.2021 tarixində “Embafinans” QSC-nin istiqrazlarının anderrayteri olmuş “AzFinance İnvestisiya şirkəti” QSC  “Embafinans” QSC-nin istiqrazları üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda ticarətə  çıxarılan istiqrazlar BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvü olan  “AzFinance İnvestisiya şirkəti” QSC tərəfindən təmin olunacaqdır. 

“AzFinance İnvestisiya şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə 18.11.2021 tarixindən etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcəkdir.

Son xəbərlər
Oxşar xəbərlər
X