Ümumi Yığıncağın qərarı ilə BOKT Embafinans QSC-nin İdarə Heyətinə yeni üzv Hüseynov Nahid Şahini oğlu təyin edilib.
QSC-dən daxil olmuş məlumatda bildirilir ki, o, 2013-cü ildən etibarən BOKT “Embafinans” QSC-də əmək fəaliyyətinə başlayıb. 2013 – 2020-ci illər ərzində Kredit şöbəsində çalışıb.
2020 – 2021-ci illər ərzində Daxili nəzarət və hesabatlılıq şöbəsinin rəhbəri, 2021 – 2023-cü illər ərzində isə Risklərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb.
2023- cü ilin Aprel ayında BOKT “Embafinans” QSC-nin İdarə Heyətinin üzvi təyin olunub.