®“Embafinans” QSC, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 2023-cü ildən etibarən ölkə üzrə həyata keçirilən genişmiqyaslı ağacəkmə təşəbbüsünün növbəti mərhələsində fəal iştirak edib.
Bu təşəbbüs Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mikromaliyyə Assosiasiyası və maliyyə sektorunun assosiasiyaları arasında imzalanmış Anlaşma Memorandumuna əsasən reallaşdırılır.
Təşəbbüsün əsas məqsədi 10 il ərzində Azərbaycan ərazisində 1 milyon ağacın əkilməsidir. Bu təşəbbüs həm ekologiyanın mühafizəsi, həm də iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində mühüm addımdır.
“Embafinans” olaraq biz bu cür ekoloji təşəbbüslərə qoşulmağı və onları dəstəkləməyi öz sosial məsuliyyətimizin vacib hissəsi hesab edirik. İnanırıq ki, yaşıl və sağlam gələcək naminə atılan hər bir addım böyük əhəmiyyət kəsb edir. Şirkət əməkdaşlarımızın iştirakı ilə həyata keçirilən ağacəkmə aksiyası zamanı bir sıra müxtəlif ağac növləri əkilərək ətraf mühitin yaşıllaşdırılmasına töhfə verildi.
Aksiyada iştirak etməklə “Embafinans” həm ekoloji dəyərlərə verdiyi önəmi, həm də cəmiyyət qarşısında məsuliyyətli mövqe tutduğunu bir daha nümayiş etdirdi. Gələcəkdə də bu kimi təşəbbüslərdə iştirak etməklə ətraf mühitin qorunmasına dəstək olmağa davam edəcəyik.