13 C
Baku
Tuesday, May 7, 2024

EmbaFinans-ın sədri istefa verir

“EmbaFinans” –ın İdarə Heyətinin sədri İlqar Tağıyev tutduğu vəzifədən istefa edəcək.

Bunu BOKT-un sədri İlqar Tağıyevin özü Banker.az portalına bildirib.

Avqustun 1-dən BOKT-un İdarə Heyətinin sədri vəzifəsini Samir İsgəndərov icra edəcək.

ilgar-taghiyevİlqar Tağıyev bildirib ki, İdarə Heyətinin sədri vəzifəsini tərk etməsinin başlıca səbəbi “EmbaFinans”da bəzi layihələrin istədiyi kimi irəliləməməsi və bu ərəfədə yeni iş təkliflərinin olmasıdır:

“Bir neçə təkliflər var. Onlar arasında bank və bank olmayan kredit təşkilatından da iş təklifləri mövcuddur.”

İlqar Tağıyev həmçinin bir məsələyə də aydınlıq gətirib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində “Embafinans” və onun haqqında yazılanlar absurddur.

Qeyd edək ki, həmin yazılarda guya, EmbaFinans maliyyə çətinlikləri içindədir və İlqar Tağıyev də maliyyə fırıldaqçılığı edib.

İlqar Tağıyev daha Banker.az saytı vəsitəsilə bildirdi ki, yazılanlar tamamilə əsassızdır və absurddur. Maliyyə fırıldağını edən şəxs həbs edilir, işini prokurur araşdırır, mən isə işimin başındayam.

Son xəbərlər
 ⁠
Digər xəbərlər