7 C
Baku
Sunday, January 5, 2025

Özbəkistandan gələn nümayəndə heyəti ilə mikromaliyyələşdirmə mövzusunda görüş

®2024-cü il dekabrın 18-də BOKT Embafinans QSC Özbəkistan Mərkəzi Bankının nümayəndə heyətini və Özbəkistanın kredit təşkilatlarının rəhbərlərini qəbul etməkdən böyük şərəf duydu. Bu görüş mikromaliyyələşdirmə mövzusuna həsr olunmuşdu və EmbaFinans kredit təşkilatları arasında lider və uğurlu təşkilat olaraq seçilmişdi.

Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının “Kredit təşkilatlarının fəaliyyətinə nəzarət” şöbəsinin müdiri Xəyam İsmayılov da iştirak etdi. Qonaqları BOKT Embafinans QSC-nin direktoru Nahid Hüseynov salamladı və qardaş ölkənin maliyyə əsasları ilə yaxından və hərtərəfli tanış olmaq fürsətinin əldə olunmasında məmnun olduğunu bildirdi.

İştirakçılar mikromaliyyələşdirmə mövzusunda təcrübələrini və uğurlarını bölüşərək, gələcəkdə əməkdaşlığın inkişafı və genişləndirilməsi yollarını müzakirə etdilər. EmbaFinans olaraq, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən layihələri həyata keçirməsı barəsində geniş müzakirələr aparıldı.

Görüş zamanı EmbaFinans-ın mikromaliyyələşdirmə sahəsində təklif etdiyi xidmətləri və statistik göstəriciləri təqdim edildi. Özbəkistan nümayəndələri bu sahədəki uğurları və əldə olunan nəticələri yüksək qiymətləndirdilər.

EmbaFinans tərəfindən təklif olunan müxtəlif maliyyə məhsulları və xidmətlər geniş müzakirə olundu. Bunlara mikro kreditlər, qadınlar, gənclər və kənd ərazilərində yaşayan əhali üçün xüsusi proqramlar daxildir.

EmbaFinans-ın müştəri məmnuniyyətinə verdiyi önəm və sosial təsir göstəriciləri müzakirə mövzusu oldu. “Biz hər zaman müştərilərimizin ehtiyaclarını nəzərə alaraq, onlara ən yaxşı xidmətləri təqdim etməyə çalışırıq.”

Qonaqların təəssüratları və gələcək planlar

Özbəkistan nümayəndə heyəti EmbaFinans-ın əldə etdiyi uğurları və mikromaliyyələşdirmə sahəsindəki təcrübəsini yüksək qiymətləndirdi. Onlar gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğuladılar.

Bu görüş beynəlxalq əməkdaşlığın gücləndirilməsi və mikromaliyyələşdirmə sahəsində bilik mübadiləsi istiqamətində mühüm addım oldu. 

“Biz, özbək həmkarlarımızla daha da səmərəli əməkdaşlıq və əlaqələrimizin inkişafını gözləyirik”.

2 1 1

Son xəbərlər
Digər xəbərlər