BOKT “Embafinans” QSC-nin ümumi yığıncağın qərarı ilə İdarə Heyətinin sədr müavini vəzifəsinə Nahid Hüseynov Şahin oğlu təyin edilib.
Banker.az xəbər verir ki, bu barədə BOKT-dən bildirilir.
Qeyd edilib ki, 2013-cü ildən etibarən BOKT “Embafinans” QSC-də əmək fəaliyyətinə başlayıb. 2013 – 2020-ci illər ərzində Kredit şöbəsində çalışıb, 2020 – 2021-ci illər ərzində Daxili nəzarət və hesabatlılıq şöbəsinin rəhbəri, 2021 – 2023-cü illər ərzində isə Risklərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb.
2023- cü ilin aprel ayında BOKT “Embafinans” QSC-nin İdarə Heyətinin üzvi təyin olunub.
“Embafinans ailəsi öz növbəsində Nahid Hüseynovun səriştəsinə, təcrübə və professionallığına əmin olub, bu yolda ona uğurlar arzu edir”.