Azərbaycan Mikromaliyyə Assosiasiyasının növbəti İllik Ümumi Yığıncağı keçirilib.
Banker.az Assosiasiyaya istinadən xəbər verir ki, tədbir çərçivəsində Müşahidə Şurasının tərkibində dəyişikliklər edilib. Belə ki, BOKT Embafinans QSC-nin direktoru Nahid Hüseynov və BOKT Aqrarkredit QSC İdarə Heyəti sədrinin müavini Rəcəb Hüseynov AMFA Müşahidə Şurasına üzv seçiliblər. Bununla yanaşı, Nahid Hüseynov həm də Nəzarət-Təftiş Komissiyasına üzv seçilib.
Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) 2004-cü ildə yaradılmış qeyri-kommersiya birliyidir, hazırda ölkə üzrə mikro və kiçik sahibkarlığın inkişafını dəstəkləyən 32 maliyyə təşkilatını özündə birləşdirir. Üzvlər arasında BOKT-lərlə yanaşı, mikromaliyyə xidmətlərinin inkişafında maraqlı olan banklar da yer alır.






