“Embawood” MMC məhkəməyə verilib.
Banker.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş protokola baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin maddəyə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.