7 C
Baku
Thursday, December 12, 2024

ƏMDX: “Qarabağda torpaq islahatının aparılmasına dair təkliflər hazırlanır”

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşan vətəndaşların istifadəsinə torpaqların verilməsi istiqamətində müzakirələr aparılır.

Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bildirib.

O, bununla bağlı Əlaqələndirmə Şurasının nəzdində işçi qrupunun yaradıldığını və Dövlət Xidmətinin də orada təmsil olunduğunu qeyd edib: “Həmin formalaşmış istifadəçilik bazasında da gələcəkdə torpaq islahatının həyata keçirilməsi konsepsiyasına dair təkliflər hazırlanır. Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi layihələr işçi qrupunda müzkairə olunub, yəqin ki, yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Son xəbərlər
Digər xəbərlər