16 C
Baku
Thursday, April 25, 2024

Əmək müqaviləsi bağlamayan şirə istehsalşçısı 25 min manatadək cərimələnir

Balakəndə meyvə şirəsi istehsalçısı “Balacans” MMC inzibati qaydada cərimələnib.

Banker.az xəbər verir ki, şirkət barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin cərimə protokolu Balakən Rayon Məhkəməsinə göndərilib.

“Balacans” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 20 000 manatdan 25 000 min manatadək məbləğdə cərimə edilir.

“Balacans” MMC 2005-ci ildə yaradılıb. Azərbaycanda “Well” meyvə şirələri istehsalı ilə tanınır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər