13 C
Baku
Sunday, November 27, 2022

Emin Əmrullayev bir qrup təhsil işçisi ilə bağlı əmr imzaladı

Azərbaycanda 174 təhsil işçisi Təhsil Nazirliyi tərəfindən təltif edilib.

Bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Onlar təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunublar.

Təhsil işçilərinin 58-i “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, 116-sı isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

Xatırladaq ki, oktyabrın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 51 müəllim “Əməkdar müəllim” fəxri adına, 71 təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb. Həmçinin beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən üç təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, səkkiz təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.

 

 

Son xəbərlər
Digər xəbərlər
X