26 C
Baku
Saturday, July 27, 2024

Emin Əmrullayev Təhsil Nazirliyinin adının dəyişdirilməsinin səbəbini Açıqladı

“Elm və təhsili bir-birindən ayırmaq mümkün deyil. Bəzən hətta “tədris” sözü də işlənir. Mən buraya “tədqiqatlar” sözünü də əlavə edərdim”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

O bildirib ki, elmi tədqiqatlar və ali təhsil müəssisələrində həyata keçirilən tədris proqramlarını bir-birindən ayırmaq mümkün deyil:

“Çünki istənilən elmi tədqiqatları aparmaq üçün mütəxəssislər hazırlanmalıdır. Onların yetişməsi üçün müvafiq proqramlar olmalıdır. Bir elmi tədqiqatçının hazırlanmasına pillələrlə gəlib çatmalıyıq. Ali məktəblərdə də kadr hazırlığının daha keyfiyyətli olması üçün ən mütərəqqi elmi tədqiqatları aparma şəraiti və mühiti olması vacibdir. İnanıram ki, bir çox ali təhsil müəssisələrində, tədqiqat institutlarında bu mühit bəzi hallarda mümkün olub, bəzi hallarda isə olmayıb. Amma bu vəhdət nəticəsində biz daha irəliyə addım ata biləcəyik”.

Son xəbərlər
Digər xəbərlər