28 C
Baku
Friday, July 19, 2024

Emin Əmrullayevin müavinlərinin sayı artırılır

Elm və təhsil nazirinin müavinlərinin sayı artırılır.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Elm və Təhsil Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan Əsasnaməyə görə, elm və təhsil nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan 3 müavini olub.

Yeni Əsasnaməyə görə, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini olacaq.

Son xəbərlər
Digər xəbərlər