13 C
Baku
Saturday, May 18, 2024

Emin Əmrullayev Gürcüstana gedir

Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfər edəcək.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

E.Əmrullayev Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Tərəflər iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalayacaqlar.

E.Əmrullayev səfər çərçivəsində Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək. Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də planlaşdırılıb.

Təhsil naziri həmçinin Gürcüstanın tədrisi Azərbaycan dilində olan məktəblərin direktor və müəllim heyəti ilə də görüş keçirəcək.

Səfər fevralın 23-də başa çatacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər