18 C
Baku
Tuesday, September 17, 2024

Emin Əmrullayev: “Tibb təhsili sahəsində hər 100 nəfərdən 91-i dövlət vəsaiti hesabına təhsil alacaq”

“Son dövrlərdə Azərbaycanda tibb təhsilinin kifayət qədər inkişafı müşahidə olunur. Bunun əsas səbəbi tibb təhsilinin əlçatan olmasıdır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun açılış mərasimində deyib.

O bildirib ki, növbəti tədris ilində tibb təhsili sahəsində proqnoz yerlərə münasibətdə 91 faiz dövlət tərəfində maliyyələşəcək.

“Bu o deməkdir ki, hər 100 nəfərdən 91-i dövlət vəsaiti hesabına təhsil alacaq. Həmçinin Xaricdə təhsil proqramları çərçivəsində 917 nəfər 19 ölkənin 105 ali təhsil müəssəsində tibb təhsili alıb”.

Son xəbərlər
Digər xəbərlər