“Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur. İki ölkə arasında təhsil sahəsində müzakirə olunan digər məsələ ikili diplomla bağlıdır”.
Bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, bu ildən Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında müvafiq qaydada ikili diplom proqramı başlayıb: “Bu, hüquqi-nöqteyi nəzərdən tam tanınan diplomlardır və ilk dəfədir tətbiq olunur. Türkiyədə apardığımız müzakirələr zamanı belə ikili diplom proqramlarının başqa sahələrdə, o cümlədən tibb, İKT sahələrində də olmasını təklif etdik. Ümid edirik ki, gələcəkdə universitetlər arasında əməkdaşlıq proqramlarının sayı artacaq”.
Qeyd edək ki, E.Əmrullayev Türkiyənin İstanbul şəhərində səfərdədir.