10 C
Baku
Thursday, December 26, 2024

Emin Ağalarov: “2025-ci ilədək Xəzərdəki kurort kompleksinə investisiyaların həcmi 1 mlrd. dollara çata bilər”

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Sea Breeze” kurort kompleksinin tikintisinə investisiyaların həcmi 2025-ci ilə qədər 1 milyard ABŞ dollarına çata bilər.

Bu barədə TASS-a layihənin tərtibatçısı, rusiyalı iş adamı Emin Ağalarov məlumat verib.

Onun sözlərinə görə, hazırda layihəyə ümumilikdə 700 milyon ABŞ dolları həcmində sərmayə yatırılıb: “Lakin düşünürəm ki, yaxın bir neçə ildə bu rəqəm təxminən 1 milyard ABŞ dollara çata bilər”.

E.Ağalarov qeyd edib ki, layihə çərçivəsində 500 min kvadratmetrə yaxın daşınmaz əmlak tikilib: “Hazırda kotteclərdən tutmuş iri hotellərə qədər 50-yə yaxın çoxformatlı bina tikilir. Növbəti ildə daha 100-ə yaxın binanın inşasına başlanılması nəzərdə tutulur”.

Xatırladaq ki, Bakı ətrafında, Xəzər dənizi sahillərində “Sea Breeze” qəsəbəsinin yaradılması 2005-ci ildə çimərliyi olan beşulduzlu hotelin tikintisi ilə başlayıb. İndi layihəyə mənzil kompleksləri, villalar, otellər, restoranlar, sosial infrastruktur və konsert zalı daxildir. Ərazinin ümumi sahəsi təxminən 450 hektara yaxındır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər