Xalq artisti Emin Ağalarov Moskvada bir restoranı açmaq üçün nə qədər vəsait xərclədiyini açıqlayıb.
Bu barədə o, “Kompaniya” jurnalına müsahibəsində danışıb.
“Layihənin başlanmasına orta hesabla 100-300 milyon rubl (2 937 365 – 8 812 096 AZN) pul ayırıram. Ümumiyyətlə, mən layihələrin sıfırdan açılmasının tərəfdarıyam – sən konsepsiyanı düşünürsən, ruhunu, gücünü qoyursan — bu, çox maraqlı prosesdir”, – Ağalarov qeyd edib.
Xalq artisti qeyd edib ki, bugünkü gündə Bakıda 10-dan çox restoranı fəaliyyət göstərir. O, həmçinin Dubayda da restoran biznesinə başlamaq istədiyini bildirib.