15 C
Baku
Saturday, April 20, 2024

Emin Ağalarov “Jara”nın keçirilməyəcəyini açıqladı

Dünyadakı hazırkı vəziyyətə görə bu il Bakıda “Jara” festivalının keçirilməyəcəyini açıqlamaq məcburiyyətindəyik”.

Bunu Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Bakının sakinləri və qonaqlar üçün tezliklə yeni məlumatlar veriləcək:

“Amma nəzərə alsaq ki, “Sea Breeze Resort” bakılılar və Bakı şəhərinin qonaqları üçün sevimli məkan olub və qalmaqda davam edir, biz qonaqlarımızı məyus etməmək üçün əlimizdən gələni edəcəyik. Tezliklə xəbərlər üçün bizi izləyin”.

Qeyd edək ki, daha əvvəl təşkilatçılar məlumat yaymışdılar ki, 25-29 iyul tarixlərində Bakıda keçirilməsi gözlənilən “Jara” beynəlxalq musiqi festivalının adı “Sea Breeze Summer Fest”ə dəyişdirilib. Adın hansı səbəbdən dəyişdirilməsinin səbəbi açıqlanmayıb.

“Jara”ya alınmış biletlər “Sea Breeze Summer Fest”də də keçərli olacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər