14 C
Baku
Friday, May 17, 2024

Emin Ağalarov Moskvada alkoqolsuz içkilər zavodu almaq istəyir

Ukraynada davam edən hərbi əməliyyatlar fonunda həm Avropa biznesi Rusiyanı tərk edir, həm də Rusiya biznesi Avropadan gedir.

“Kommersant” nəşrinə istinadən xəbər verilir ki, buna baxmayaraq, “Crocus Group”un həmsahibi Emin Ağalarov buna qədər Almaniyada istehsal olunan “Jara” energetik içkilərinin buraxılması üçün Moskva vilayətində alkoqolsuz içkilər zavodu almaq istəyir.

Bildirilir ki, mayın əvvəlində E. Ağalarov “Spaso-Borodinskiye vodı” zavodunun ünvanında əsas fəaliyyət növü alkoqolsuz içkilərin istehsalından ibarət olan “Uni Pak” MMC-ni təsis edib. Lakin E. Ağalarovun nümayəndəsi bu mövzuda şərh verməkdən imtina edib.

Qeyd edək ki, E. Ağalarovun “Jara” energetik içkilərinin istehsalı layihəsi 2019-cu ildə yaranıb. Məhsul Almaniyanın “Darguner Brauerei GmbH” pivə istehsalı şirkətinin avadanlıqlarında istehsal olunurdu, “Crocus Group” isə içkiləri Rusiyaya ixrac edirdi. Bu gün Azərbaycanda istehsal olunan 449 ml.-lik “Jara” içkiləri “Auchan” onlayn vitrinində endirim nəzərə alınmadan 102,99 rubla (2,75 AZN) satılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər