20 C
Baku
Friday, September 20, 2024

Emin Ağalarov onun ABŞ-a buraxılmadığını açıqlayıb

Müğənni-bəstəkar, “Crocus Group” şirkətinin vitse-prezidenti Emin Ağalarovun ABŞ və Kanadada verməyi planlaşdırdığı konsertləri təxirə salınıb.

Banker.az bildirir ki, kosertinin təxirə salınmasının səbəbləri barədə Emin Ağalarov özünün “Twitter” mikrobloqunda yazıb.

“Mən bu mesajı yazmağı heç istəməzdim, amma məndən asılı olmayan səbəblərə görə ABŞ-la Kanadaya planlaşdırdığım turu təxirə salmağa məcburam. Bu məndən asılı deyil. Biz bu şounu bir il əvvəl planlaşdırmışdıq və gəlməkdə, sizlərin qarşısında çıxış etməkdə tam qərarlı idik. Mən bilet alanlardan üzr istəyirəm. Hadisələrin gələcək inkişafı barədə yaxın vaxtlarda məlumat veriləcək”, o qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər