13 C
Baku
Saturday, April 27, 2024

Emin Ağalarov yapon restoranına $1 mln. sərmayə qoyur

“Crocus Group”un həmtəsisçisi Emin Ağalarov yeni “KAI” restoran layihəsinə 1 milyon dollar sərmayə qoyur.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, yapon restoranı biznesmenin “Estate Mall” ticarət kompleksində fəaliyyət göstərəcək.

Qeyd edək ki, dekabr ayında açılması planlaşdırılan “Estate Mall” lüks ticarət mərkəzi olaraq yaradılıb və gəliri orta səviyyədən yüksək olan və bağ evlərində yaşayan insanlar üçün nəzərdə tutulub.

Ağalarovun nümayəndəsinin aydınlaşdırdığı kimi, iş adamı Moskva, Moskva ətrafı, Sankt-Peterburq və Bakıda 50-dən çox restoran layihəsi hazırlayır. Onlardan təxminən 10-u açılış mərhələsindədir.

Daha əvvəl iş adamının Bakı ətrafındakı “Sea Breeze” kurort kompleksi daxilində ticarət mərkəzinin inşasına şəxsi vəsaitlərindən təxminən 20 milyon dollar sərmayə qoyacağı barədə məlumat yayılmışdı. İnşaatın birinci mərhələsinin 2022-ci ilin yazında başa çatdırılması planlaşdırılır.

Ağalarovlar ailəsinə məxsus olan “Crocus Group” 1990-cı illərin əvvəllərindən bəri mövcuddur. Şirkət kommersiya və sərgi tipli daşınmaz əmlakın tikintisi üzrə ixtisaslaşıb. “Forbes”un qiymətləndirmələrinə görə, “Crocus Group” Rusiyanın ən böyük 200 şirkəti arasında 172-ci yeri tutur. Onun illik dövriyyəsi 59.7 milyard rubl təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər