12 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Emin Ağalarovun Bakıda tikdirəcəyi otel belə olacaq – Fotolar

Skyline Hotel & Residences tikilir.

Banker.az xəbər verir ki, Emin Ağalarov Bakıda olarkən bu layihənin inşasını elan edib.

Beşmərtəbəli otel SkyLine Hotel & Residences  bütün il boyu yaşamaq və ya kirayə vermək üçün xüsusi mülk olaraq satın alınacaq geniş otaq və mənzillər seçimi ilə birinci sahil xəttində yerləşəcək.

Oteldə geniş yaşıl terraslar, SPA mərkəzi, restoranlar, üzgüçülük hovuzu olan istirahət sahəsi, şezlonglar və özəl bar və tennis kortu var. Ümumi sahəsi: 34.000 kv. m. Açılış 2024 -cü ilə planlaşdırılır.

Xatırladaq ki, “Crocus Group”un birinci vitse -prezidenti Emin Ağalarov Sentyabrda Bakının ətrafındakı “Sea Breeze” kurort ərazisində “Crocus Group” şirkətinin ticarət mərkəzinin tikintisinə başlanılacağını bildirmişdir.

Onu da qeyd edək ki, 2021-ci ildə Bakının yaxınlığındakı Sea Breeze kurort kompleksinin inşasına 150 milyon dollardan çox sərmayə qoyulacaq. 2028-2030-cu illərdə tamamlanması planlaşdırılan layihəyə ümumi investisiya 1,5-2 milyard dollar təşkil edəcək. Bu günə qədər yaşayış kompleksləri, kotteclər, qəsəbə evləri və şəxsi villalar artıq tikilmişdir və yüksək tələbat səbəbindən yeni obyektlərin inşası davam edir.

o1 02 2 03 2 04 1

 

Son xəbərlər
Oxşar xəbərlər