9 C
Baku
Tuesday, December 16, 2025

Emin Əmrullayev: Universitet tələbə sayını azaldıb, təhsilin keyfiyyətini artırmalıdır

“Universitet maddi gəlirin artması üçün tələbə sayını artırmaqdansa, tələbə sayını azaldıb, təhsilin keyfiyyətini artırmalıdır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bir çox ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıqlarının davamlı olması üçün müəyyən addımlar atılmalıdır: “Bu baxımdan, neqativ hal ondan ibarətdir ki, Azərbaycanda ali təhsil müəssisəsinin illik gəlirləri, maliyyəsi tələbə sayına bağlıdır. Bu da bir neçə böyük problem yaradır. Məsələn, maddi olaraq ali təhsil müəssisələrinin böyüməsini məhdudlaşdırır. Bu baxımdan, dövlət sifarişli təhsilin diferensionallaşması zərurəti yaranır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər