17 C
Baku
Thursday, May 23, 2024

Emin Hüseynov Ağdam, Füzuli və Xocavəndə Prezidentin xüsusi nümayəndəsi təyin edilib

Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli 3022 nömrəli Sərəncamı ləğv edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər