13 C
Baku
Tuesday, May 14, 2024

Emin Quliyev “Unibank”da səhm alıb

Emin Quliyevin “Unibank KB” ASC-nin 2022-ci ilin dekabr ayında da buraxdığı yeni səhmlərin bir hissəsini almaqla nizamnamə kapitalında payını 2.8%-ə qaldırıb.

Bu barədə banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Emin Quliyev Natiq oğlu “Unibank”ın emissiya etdiyi 1 247 930 ədəd və 74 325 ədəd sənədsiz səhmini əldə edib və bu da 1 322 255 ədəd edir cəm olaraq.

Beləliklə, səhmlərin hər birinin nominal dəyərinin 2.72 manat olmasını nəzərə alsaq, o zaman cəm olaraq dekabr ayında 3 596 533.6 manatlıq səhm almış olub.

Emin Quliyev buna qədər  188 308 ədəd səhmi vardı ki, bu da nizamnamə kapitalın 0.3592%-ni təşkil edirdi. Hazırda onun nizamnamə kapitalında payı 2.7502%-dir.

Emin Quliyev “Unibank”Kommersiya Bankı” ASC Müşahidə Şurası sədrinin müavinidir.

Məlumat kimi bildirək ki, səhmdar banklarda səs vermə hüququ üçün minimum 5% paya sahib olmalıdır.

Hazırda bankın əsas səhmdarı Eldar Qəribovdur və onun nizamnamə kapitalında (cəmi: 149 386 357.6 manat) 87.032%-dir.Ətraflı

Son xəbərlər
 ⁠
Digər xəbərlər