Mərkəzi ofisi Dubayda yerləşən “Emirates Airline” şirkətinin qurucularından biri olan Tim Klark 2020-ci ilin iyununda təqaüdə çıxmağı planlaşdırır.
T.Klark çalışdığı 30 il ərzində “Emirates Airline” şirkətini dünyanın ən böyük hava yolu şirkətinə çevirib. 70 yaşlı T.Klark 1985-ci ildə şirkətə təsisçi heyətin üzvü kimi qatılıb və 18 il sonra şirkətin rəhbəri olub. O, işlədiyi müddətdə Dubayı Asiya-Sakit okean, ABŞ, Avropa və Afrika arasında uzun məsafəli səyahət üçün hab kimi istifadə etməklə şəhəri qlobal hava nəqliyyatı mərkəzinə çevirib.
©Azərtac