31 C
Baku
Thursday, July 17, 2025

“Emirates” Dubaydan Dəməşqə uçuşları bərpa edib

Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Emirates” aviaşirkətinin təyyarəsi 2012-ci ildən bəri ilk dəfə Dəməşqə eniş edib.

Bu barədə Suriyanın SANA agentliyi xəbər verib.

Qeyd olunub ki, təyyarənin göyərtəsində 286 sərnişin, o cümlədən BƏƏ-nin idman naziri Əhməd əl-Fəlasi olub.

Xatırladaq ki, “Emirates” Suriyadakı münaqişə ilə əlaqədar olaraq 2012-ci ildə Dəməşqə uçuşları dayandırmışdı. İyunun 2-də aviadaşıyıcı Dəməşqə uçuşların iyulun 16-dan bərpa olunacağını elan edib. İlk mərhələdə uçuşlar həftədə üç dəfə həyata keçiriləcək, avqustun 2-dən cədvələ daha bir reys əlavə olunacaq, oktyabrın 26-dan isə aviaşirkət Dəməşqə gündəlik uçuşlar həyata keçirməyi planlaşdırır.

Bundan əvvəl Dəməşqə birbaşa uçuşları “Flydubai” aviaşirkəti bərpa edib. Onun Suriya paytaxtına ilk uçuşu iyunun 1-də baş tutub. Aviaşirkət Dubay – Dəməşq marşrutu üzrə gündəlik uçuşlar həyata keçirəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər