0 C
Baku
Monday, February 24, 2025

Əmlak icarəsi büdcəyə 38 milyon manat qazandırıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötən ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Banker.az xəbər verir ki, 2024-cü il ərzində qeyri-yaşayış sahəsinə dair 646 yeni icarə müqaviləsi bağlanılıb.

Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 7,3milyon manat vəsaitin ödənilməsi təmin olunub. Eyni zamanda, ötən il ərzində dövlət mülkiyyətində olan torpaq sahəsinə dair 3.453 yeni icarə müqaviləsi bağlanılıb.

Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat məbləğində vəsait ödənilib. Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü il ərzində 4.099 yeni icarə müqaviləsi bağlanılıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 15% artıb. Ötən il ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 37,6 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20% artım qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər