9 C
Baku
Sunday, November 17, 2024

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 2 dəfə artırıb

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox – 30,7 milyon manat vəsait köçürüb.

Məlumata görə, rüblük ödənişin 21,5 milyon manatı özəlləşdirmə, 9,2 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 2,45 dəfə və 43,75 % çoxdur.

Hesabat dövründə Dövlət Xidməti 12 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 169 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 136 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.

Ötən 3 ayda 673 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 131-i qeyri-yaşayış, 542-si isə torpaq sahələrinə aid olub.

Son xəbərlər
Digər xəbərlər