9 C
Baku
Sunday, November 17, 2024

Əmlak Məsələləri Dövlət Xidməti ilin ilk 7 ayında büdcəyə 123 mln. manat ödəniş edib

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin ilk 7 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 122,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Banker.az-a bildirir ki, Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində 35 hərrac keçirilib.

Hərraclarda 5 səhmdar cəmiyyətin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-iyul ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.

Cari ilin ilk 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə 100,7 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 46.1% artım qeydə alınıb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 350-si qeyri-yaşayış, 1.881-i isə torpaq sahəsi üzrə olmaqla 2.231 yeni icarə müqaviləsi bağlanılıb.

2024-cü ilin ilk 7 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22,1 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 122,8 milyon manat vəsait daxil olub.

Son xəbərlər
Digər xəbərlər