İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ötən ili 86 164 182 manatlıq gəlir əldə edib. ƏMDX-nin xərcləri 87 533 574 manat olub. Belə ki, 1 369 392 manat zərərlə başa vurub.
Banker.az xəbər verir ki, bu barədə ƏMDX-nin 2023-cü ilin maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatında qeyd edilir.
Hesabata görə, şirkət qeyri-birja əməliyyatlarından 73 839 843 manat, birja əməliyyatlarından 12 162 310 manat gəlir əldə edib.
2022-ci ildə Dövlət Xidmətinin gəlirləri 74 196 182 manat, xərcləri 65 031 947 manat təşkil edib.