Əmlak Məsələləri Dövlət Xidməti ötən ili 3.5 mln. manat zərərlə başa vurub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ötən ili 92 347 186 manatlıq gəlir əldə edib. ƏMDX-nin xərcləri 95 864 617 manat olub. Belə ki, 3 517 431‬ manat zərərlə başa vurub.

Banker.az xəbər verir ki, bu barədə ƏMDX-nin 2024-cü ilin maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatında qeyd edilir.

2023-cü ildə Dövlət Xidmətinin gəlirləri 86 164 182 manat, xərcləri 87 533 574  manat təşkil edib.

Hesabata görə, şirkət qeyri-birja əməliyyatlarından 80 552 837 manat, birja əməliyyatlarından 11 793 983 manat gəlir əldə edib.

Son xəbərlər
Digər xəbərlər