1 C
Baku
Saturday, December 14, 2024

Emmanuel Makron İlham Əliyevə telefonla zəng edib

Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər