26 C
Baku
Tuesday, April 30, 2024

Emosional alış-veriş

Qeyd etmək istərdim ki, istənilən mümkün alış-verişə tənqidi yanaşıram. Müəyyən müddətdən sonra mağazaya getmək və ilk baxışdan xoşuma gələn şeyi almaq mənə çətin gəlməyə başladı. Bu ilkin zəruri istehlak məhsullarına aid deyil, mən daha əhəmiyyətli alış-verişdən danışıram.

Bununla yanaşı mən özümü xəsis hesab etmirəm, məhsulun qiyməti mənim üçün ikinci dərəcəli xarakter daşıyır. Məsələ ondadır ki, təkcə alış-verişdən deyil, həmin alış-veriş zamanı aldığım məhsulu təyinatına uyğun olaraq, istifadə etdiyim müddət ərzində də zövq almaq istəyirəm.

Emosional alış-veriş cəlbedici oyuna bənzəyir, lakin onun effekti demək olar ki, sıfıra bərabərdir. Alınmış məhsuldan yaranan eyforiya həftə ərzində yoxa çıxır və yerini təəssüf hissi əvəz edir. Yenidən alış-veriş etmək həvəsi yaranır. Bəziləri hesab edir ki, sürətlə azalan pullar alış-veriş edəni daha çox qazanmağa motivasiya edir və bu yaxşı təsir bağışlaya bilər – o inkişaf edir, daha çox qazanır və onun əməyi həyati dəyərli sərvətlərlə mükafatlandırılır.

Lakin bu sizə elə gəlir. Gəlirlərlə birlikdə, emosional alış-verişə çəkilən xərclər də çoxalır. Nəticədə, alış-veriş edən şəxs tədricən çoxlu lazımsız əşyalarla əhatə olunur, daha çox əşya əldə edə bilməməkdən yaranan neqativ hiss formalaşır, xərcləri yalnız örtməyə imkan verən işdən zövq ala bilməmək isə ümidsizliyə qərq edir. İstehlakçının tipik həyatı belə keçir.

İmkansız insanlar digərlərinə nisbətən bu “xəstəliyə” daha az dayanıqlıdır. İmkanlı insanlar isə uzunömürlülük və stabilliyi daha çox qiymətləndirirlər ki, bu da düşünülmüş addım kimi xarakterizə olunur. Emosional alış-verişdən qaçmaq və xərcləri optimallaşdırmağın ən effektiv yolu alacağınız məhsulun nə dərəcədə vacib olduğunu və onu gələcəkdə necə istifadə edə biləcəyinizi qiymətləndirməkdən ibarətdir. Bu sualı tez-tez özünüzə verin, bununla siz özünüzü lazımsız əşyalardan azad edəcək və pula qənaət edə biləcəksiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər