15 C
Baku
Cümə, Oktyabr 22, 2021

Emosional dəyişkənlik: Böhran dövründə dayanıqlığı necə yaratmaq olar

faizlere

“Həyat gözəl olduğu qədər həssasdır”. Doktor Syuzen Devidə məxsus olan bu sitat emosional dəyişkənliyin vacibliyini əks etdirir. Biz sevirik və itiririk. Gah sağlam oluruq, gah da xəstə. Daim kiməsə şikayət edirik, ayrılanda darıxırıq. Gözəllik və həssaslıq arasındakı qarşılıqlı təsir həyaqtımızın mərkəzində dayanır. 

Emosional dəyişkənlik hər zaman müsbət və ya nikbin olmaqdan ibarət deyil, əskinə. Emosional dəyişkənlik bizi bu və ya digər şəkildə yaşadığımız həm müsbət, həm də mənfi duyğuları qəbul etməyə təşviq edir. 

Gözləntilərdən yaxa qurtarmaq

“Böhranla fürsət yaranır”. Bu ifadə özünüinkişaf və sahibkarlıq dünyasında tez-tez eşidilir. Qərb mədəniyyətindəki bir çox insan səhvən Çin dilindən götürülmüş “böhran” (危機) sözünün iki simvoldan ibarət olduğunu müəyyən ediblər: “təhlükə” və “fürsət”. 危機 – “veyci” kimi tələffüz olunur və əslində “əlaqə zamanı təhlükə” deməkdir. Düzdür, böhranlı vəziyyətdə hər hansısa fürsət yarana bilər, ancaq çox vaxt böhran qeyri-müəyyənlik ilə müşaiyət olunur. Bu, həyəcan doğursa da, narahatlığı artırır. 

Böhran dövründə bütün planlar pozulur. Məsələn, ailənizlə gəzinti planlaşdırısınız, bir həftə sonra isə evdən necə işləyəcəyinizi başa düşməyə çalışırsınız. Birincisi, restoranınız üçün yeni menyu barədə fikir mübadiləsi aparırsınız və gələn həftə banka zəng edib təcili kredit haqqında soruşursunuz. 

Bu qeyri-müəyyənlik təbii olaraq stresə səbəb olsa da, çox vaxt gözləntilərimizə söykənərək onu ağırlaşdırırıq. Xoşbəxtliyi müəyyən məqsədlər ilə əlaqələndirməyə çalışırıq: “Yeni vəzifəyə təyin ediləndən sonra xoşbəxt olacağam”, “Marafonu bitirəndə xoşbəxt olacağam”, “Müalicə alandan sonra xoşbəxt olacağam və s.”.

Və situasiya qəfildən nəzarət altından çıxanda, insanlar məyusluq, qorxu, narahatlıq və kədər hiss edirlər. Cəmiyyət bizə bu emosiyaların mənfi olduğunu öyrətdiyindən, xoşbəxt olmaq üçün onlardan qurtulmağa çalışırıq. 

Lakin tədqiqatlar göstərir ki, paradoksal olaraq xoşbəxtlik ardınca getmək bizi daha az xoşbəxt edir. “Xoşbəxtliyin qiymətləndirilməsi özünüməhvə səbəb ola bilər, çünki insanlar xoşbəxtliyi nə qədər çox qiymətləndirsələr, bir o qədər məyus olurlar”, – tədqiqatçılar yazırlar. 

Bunun əvəzinə, gözləntilərdən yaxa qurtarmaq və duyğularımızın tam əhatəsini – yaxşı, pis və çirkin – qəbul etmək üçün özümüzdə emosional dəyişkənliyi inkişaf etdirməliyik. 

Daxili aləmin müşahidəsi

Bizə emosiyaları müsbət və mənfi olaraq iki növə bölməyi öyrədirlər. Biz ya onları rasionallaşdırırıq, ya da ilişirik və daha irəliləyə bilmirik. Lakin emosiyalar –  hiss etdiyimiz və düşündüyümüz haqqında olan neytral məlumatlardır. Doktor Devid şəfqətli və maraqlı olmağı tövsiyə edir. 

Şəfqətli olmaq bu duyğuların reallığını qəbul etmək deməkdir. Təklik, kədər, narahatlıq, qorxu – bunların hamısı zərərlidir. Buna baxmayaraq, onlar sizin daxili dünyanıza pəncərə açır. Maraqlı olmaq özünə sual vermək deməkdir: niyə bunu hiss edirəm? Hirsim dəyərlərim haqqında nə deyir?

Əlbəttə ki, düşüncələrə və duyğulara belə sakit yanaşmaq asan deyil. Lakin zaman keçdikcə onları şüurlu və dəyərlərinizə əsaslanaraq qiymətləndirməyi öyrənə bilərsiniz. Tədqiqatlar göstərir ki, bu cür emosional dəyişkənliyin inkişafı stresdən azad olmağa və böhran dövründə məhsuldarlığı artırmağa kömək edə bilər. 

Böhrana qalib gəlməyin üç yolu

Travma və ya böhranla mübarizə üçün sehrli formula yoxdur. Onları aradan qaldırmağın daha çox və ya daha az sağlam yolları var. Bəziləri qısa müddətli perspektivdə faydalı, uzun müddətli perspektivdə isə zərərli ola bilər. Və onların hər biri fərqli səviyyələrə malikdir. Buna baxmayaraq, böhranla mübarizə aparmağa kömək edən üç yanaşma var. 

  1. Ünsiyyət. Bəzən duyğuların öhdəsindən gəlmək üçün özünüzlə vaxt keçirmək faydalı olur, ancaq bu, tək olmaq demək deyil. Dəstək üçün dostlara, ailənizə və ya hətta peşəkara müraciət etməkdən çəkinməyin. Çox vaxt insanların özləri emosiyaları mənfi qiymətləndirirlər. 
  2. İştirak. Böhran dövrləri bizi özümüzü çarəsiz hiss etməyə məcbur edir. Əgər onunla mübarizə üçün hər hansı bir səy göstərməyə başlasaq, bu bizə nəsarət hissi verə bilər. Töhfə verə biləcəyiniz təşəbbüslər varmı? Könüllü ola biləcəyiniz bir xeyriyyə təşkilatı, tərcümə edə biləcəyiniz məqalə, kömək edə biləcəyiniz tələbə və ya yemək verə biləcəyiniz ehtiyacı olan biri varmı?
  3. Mərhəmət. Özünüzə və başqalarına qarşı xeyirhah olun. Duyğularınızın hər tərəfini qəbul edin və digər insanların da onların öhdəsindən gələ bilmədiyini başa düşün. Böhran dövrləri insanlara fərqli təsir göstərir və belə olduqda şəfqət emosional baxımdan sabit qalmağın açarıdır. 

Bütün bu tövsiyələr Syuzan Devidin TED-ə verdiyi müsahibəyə əsaslanır. 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər