Emosional intellekt müasir psixologiya elminin vacib anlayışlarından biridir. Emosional intellekti gündəlik həyatımızda asanlıqla istifadə edə biləcəyimiz 5 qaydaya bölmək olar:
Öz emosiyalarını tanımaq. Özünü idrak – yarandığı anda hər hansı tanımağı bacarmaq emosional intellektin təməlidir. Zamanla hisləri tanımaq, onların ardıyca getmək psixoloji dərk və şəxsin özünü anlamasında həlledici mövqeyə sahibdir. Öz əsl hislərinizi ayırd edə bilməmək sizi elə həmin hislərin öhdəsinə buraxır. Öz hislərinə əmin olan insanlar həyati vacib qərarlarının doğruluğuna daha az şübhə edirlər.
Emosiyaları idarə etmək. Emosiyaların lazımi çərçivədən çıxmaması üçün onları idarə etməyi bacarmaq özünü idraka əsaslanır. Bu xüsusiyyətdən məhrum olan insanlar daim narahatlıq hissləri içərisində boğulurlar. Bunun əksinə, emosiyalarını idarə etməyi bacaran insanlar həyati uğursuzlu və bədbəxt hadisələrdən sonra normal həyata daha asan dönə bilirlər.
Özünü motivasiya etmək. Hər hansı məqsədə nail olmaq üçün emosiyaları qaydaya salmaq emosional intellektin var olduğuna bir işarədir. İnsanın özünə “ilham verməyi” bacarması istənilən fəaliyyəti keyfiyyətli sonla təmin edir. Bu şansa sahib insanlar hər bir şeydə daha məhsuldar və uğurlu nəticə sərgiləyirlər.
Digər insanların emosiyalarını tanımağı bacarmaq. Empatiya emosional özünü dərkə əsaslanan növbəti bir “istedaddır”. Digər insanların emosiyalarını anlamağı bacaran insanlar lazımi anda qarşıdakı insanın nə istədiyini asanlıqla təyin edir. Bu xüsusiyyətlər ən çox ticarət, müəllim və idarəçilik peşələri ilə məşğul olan insanlara uyğun gəlir.
Qarşılıqlı münasibəti dəstəkləmək. Qarşılıqlı münasibəti qoruyub saxlamaq bacarığı bir çox hallarda digər insanların emosiyalarına qarşı davranışa əsaslanır. Bu xüsusiyyətə sahib insanlar qarşılıqlı əlaqə ilə bağlı işlərdə uğur qazanmağı yaxşı bacarır. Onlar sözün əsl mənasında ünsiyyət dahisidirlər.