11 C
Baku
Tuesday, December 23, 2025

Ən ağıllı insanlar bu ölkələrdə yaşayır – Siyahı

Hansı ölkə sakinlərinin ən ağıllı olduğunu müəyyən edən yeni bir araşdırma ortaya çıxıb.

Banker.az  xəbər verir ki, tədqiqat “Daily Mail” nəşri tərəfindən dərc edilib.

Araşdırmada Nobel mükafatına namizədlərin sayı, IQ səviyyəsi və akademik dərəcələr də daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

Siyahıda ən ağıllı 10 ölkə əsasən Avropa ölkələridir. İlk pilləni 100 baldan 92.02 bal toplayan İsveçrə tutub. Bu ölkədə 1 099 Nobel mükafatı namizədinin yaşadığı və əhalinin orta IQ səviyyəsinin 99.24 olduğu müəyyən edilib.

Həmçinin ölkənin yetkin əhalisinin 40.02%-nin ən azı bakalavr, 18.05%-nin isə magistr və ya daha yüksək elmi dərəcəsi var.

Siyahıdakı ilk onluq belədir:

1. İsveçrə

2. Böyük Britaniya

3. Amerika Birləşmiş Ştatları

4. Niderland

5. Belçika

6. İsveç

7. Almaniya

8. Polşa

9. Danimarka

10. Finlandiya.

Son xəbərlər
Digər xəbərlər