Banker.az olaraq banklarda 2024-cü ilin yanvar ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.
Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib.
Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.
*ABB – Yeni ilə özəl olaraq “Xoş-beş” nağd kredit kampaniyasına başlayıb. Belə ki, ABB – dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə illik faiz dərəcəsində 3% güzəşt ediləcək. Digər banklardakı aktiv kreditini bağlayan müştərilər isə əlavə 2%-dək güzəşt əldə edəcəklər. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu gözəl fürsətdən yararlanaraq 5%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar. Kampaniya 15 yanvar 2024-cü il tarixinə qədər davam edəcək.
*Bank Respublika – Krediti onlayn sifariş edən müştərilər, komissiyada 50% ENDİRİM əldə edəcək və kredit birbaşa qeyd edilən ünvana çatdırılacaq. Kampaniya 15 yanvar 2024-cü il tarixinədək davam edəcək.
*Expressbank – Bu şərtlər istehlak krediti üzrə ümumi şərtlərdir, peşə sahibləri üçün təqdim edilən xüsusi kampaniyalara şamil edilmir. Hazırda aktiv olan kredit kampaniyaları çərçivəsində kredit əldə edən müştərilərə balansında 10 000 manatadək vəsait olan Expresso Standart və ya Platinum kredit kartı hədiyyə olunacaq.
*PAŞA Bank – Əmək haqqı kartı PAŞA Bankda olan müştərilər üçündür.
*Kapital Bank – Nağd pul kreditini onlayn şəkildə rəsmiləşdirən müştərilər krediti illik 10.9%-dən, filialdan rəsmiləşdirmə edən müştərilər isə 11.9%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə biləcək.