Ən baha kreditlər bu regionlardadır – SİYAHI

Azərbaycanda kreditlərin ən baha olduğu regionlar açıqlanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 31 iyul 2026-cı il tarixinə Azərbaycan Respublikası üzrə milli valyutada kredit qoyuluşunun ümumi məbləği 26 milyard 987 milyon manat, orta faiz dərəcəsi isə 15.74% təşkil edib.

Ən baha kreditlərin orta faizləri Dağlıq-Şirvan iqtisadi rayonunda qeydə alınıb. Belə ki, iqtisadi rayonda kreditlər üzrə orta faiz dərəcəsi 20.65% təşkil edib.

İkinci sırada 20.24% ilə Mərkəzi Aran iqtisadi rayonu, üçüncü sırada isə 20.06% ilə Qazax-Tovuz iqtisadi rayonu dayanıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər