Ən baha kreditlər hansı regionlardadır?

Azərbaycanda kreditlərin ən baha olduğu regionlar açıqlanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ən baha kreditlərin orta faizləri Dağlıq-Şirvan iqtisadi rayonunda qeydə alınıb. Belə ki, iqtisadi rayonda kreditlər üzrə orta faiz dərəcəsi 19.31% təşkil edib.

İkinci sırada 18.95% ilə Lənkəran-Astara iqtisadi rayonu, üçüncü sırada isə 18.95% ilə Qarabağ iqtisadi rayonu dayanıb.

Yuxarıda qeyd edilən iqtisadi rayonlarda həmçinin xarici valyutadakı kreditlərdə yüksək faizlərlə cəlb edilib. Belə ki, Qarabağ iqtisadi rayonunda kreditlər xarici valyutada 8% illik ödənişlə verilib.

32424234

Son xəbərlər
Digər xəbərlər