22 C
Baku
Tuesday, April 23, 2024

Ən çətin il: Ilon Mask nəyə görə kədərlənir?

Teslanın qurucusu deyir ki, o, heç vaxt belə pis olmayıb.

Həftədə 120 saatlıq iş, kosmik itkilər, investorlar ilə, idarə heyəti üzvləri ilə qarşıdurmalar və qızlarla ayrılmalar. Tesla və SpaceX-in təsisçisi İlon Mask 2018-ci ilin həyatının ən çətin ili olduğunu bildirir. İndi də (ABŞ-da Roskomnadzor olmasa da), bir tweet üçün mühakimə olunacaq. Biz milyarder-ekssentrik insanın bütün bunlarla necə mübarizə apardığını danışacıyıq.

Rahatlıq heç xəyalda edilmir

Ilon Mask- Silikon Vadisinin bir pop-ikonudur. Nə baş verdiyi önəmli deyil: Tesla səhmlərinin rekord həddə düşməsi, qızlarla ayrılması və ya indi onun avtomobilində nə cür musiqi oynadığına dair başqa bir tweet – bu,bütün dünyada müzakirə olunacaq.

Kənardan elə görünür ki, vizyoner və üsyançı özünə heçnədə imtina etmir və istədiyi kimi yaşayır. Lakin 2018-ci ilin  «həyatın ən çətin və ağrılı» dönəmi  olduğunu Mask özü bildirir. The New York Times qəzetinə verdiyi müsahibədə, o, Tesla şirkətini dahada böyütmək üçün  uzun müddət yatmadığını söyləyib. Bu materialda Mask ​​Rolling Stone tərəfindən hazırlanmış bir yazıda aktyor Johnny Depp kimi bədbəxt görünürdü. New York Times qəzetinin yazdığına görə, uzun söhbət zamanı Mask qəribə davranırmış: güldü, sonra birdən ağladı. «Mən zavodda üç-dörd gün ard-arda heç bir yerə çıxmadan çalışırdım »  deyə Mask bildirib.

elon musk2 copyYalnız yuxu üçün deyil, bayramlar üçün də vaxt yoxdur. İşin çoxluğu səbəbindən Mask qardaşının toyuna gücnən çatıb, mərasimdən sonra isə  fabrikə geri dönüb. 47 yaşını isə iş adamı Teslanın ofisində qeyd edib: «Bütün gecə çalışdım, heç bir dost yox, heç bir şey yox idi».

Ağır cədvəl sağlamlığa təsir göstərir. Yuxuya getmək üçün Mask ​​güclü yuxu həbləri aldığını qeyd edib. New York Times qəzetinin mənbələri bəzən milyarderin rahatlaşmaq üçün narkotik vasitələrdən istifadə etdiyi haqqında şayələrin gəzdiyini bildirir.

Bu vəziyyətə baxmayaraq  Mask özünü yeni məsuliyyətlərlə yükləyir. 2017-ci ilin iyulunda Teslanın vitse-prezidenti və baş mühəndisi  Doug Field tutduğu vəzifədən istefa verib . İstefa səbəbləri barədə heç bir məlumat verilmədi, lakin şayələrə əsasən onun  funksiyalarına Mask yiyələnib.

İndi Tesla’nın təsisçisi deyir ki, məsuliyyətin bir hissəsini başqa şəxsə həvalə etmək istəyir(bu şirkətin direktorlar şurası tərəfindən təkid olunur). Lakin belə bir şəxsin axtarışı hələ başlamamışdır.

Sənaye cəhənnəmi

2018-ci ilin birinci rübündə şirkət üçün zərər 70 milyon dollar təşkil edib. 2017-ci ilin yazında tətbiq olunan 3 modelli elektrikli avtomobil səbəbiylə ciddi maliyyə problemləri başlamışdır. Bəyan edilən istehsal həcmi – həftədə 5000 hədəfi – son tarixdən yarım il keçdikdən sonra əldə edilə bilib. Mask bu gecikməni  Fremont şirkətinin zavodunda yaradılan «sənaye cəhənnəmi » ilə izah edib.

Tesla, Model 3-i kifayət qədər həcmdə vəd etdiyi vaxtdan sonra istehsal edə bilməsi səbəbindən şirkət 4 min işçinin azaldılmasını elan edib. İşdən çıxarılan köhnə işçilərin şikayətləri bitmək bilmirdi  . İyun ayında Mask tərəfindən işdən çıxarılan Tesla’nın keçmiş texniki mütəxəssisi Martin Tripp şirkəti qüsurlu batareyalardan istifadə etdiyinə görə günahlandırıb. Trippin müraciətləri ABŞ Qiymətli Kağızlar və Valyuta Komissiyası tərəfindən nəzərdən keçirilir.

elon musk2tesla2017-ci ilin sonunda Bloomberg, Tesla’nın hər saat təxminən 500.000 dollar itirdiyini bildirib. Eyni zamanda, agentliyin proqnozlarına görə, yeni investisiyaların cəlb edilmədiyi təqdirdə şirkətin 2018-ci ilin əvvəlində pulunun tükənməsinə səbəb ola bilər. Böhranı borc götürərək saxlaya biliblər.

Tweet-lər yazılır, zavodlar fəaliyyətini dayandırır

7 Avqustda Mask, Tesla’nı birjadan çıxarmağa qərar verdiyinə dair bir tweet yazmışdı. Eyni tweetdə, şirkətin səhmlərinin 420 dollara satılması üçün maliyyə cəhətdən təmin olunduğunu ifadə etmişdi Onun sözlərinə görə, şirkəti Səudiyyə Ərəbistanının Sovereign Wealth Fund-u satın almağa hazır idi (o, artıq Teslanın səhimlərinin 1,9 milyard dollardan 3,2 milyard dollarına sahibdir).

Müntəzəm olaraq Maskın istifadə etdiyi «funding secured» ifadəsi məşhurlaşıb- o, hətta Urban Dictionary lüğətinə əlavə edilib. Amma sonra iş adamı bəyanatla bağlı  tələsdiyini və danışıqların isə biməsinə çox qaldığını etiraf edib.

17 Avqusta media Tesla səhmlərinin satın almaq müqaviləsini, Maskın digər şirkəti – Space-X maliyyələşdirə biləcəyi barədə məlumat yaydı. Bunun üçün o,bu pulu haradan və necə qazanıb  heç kim bilmir.  Mask özü bu söz-söhbətə şərh verməyib.

Tesla’nın ictimai bir şirkət olmağı dayandırması barədə tweet  bazarı şoka saldı. Teslanın səhimlərinin qiyməti avqustun 7də  11% artıb və bir səhmin qiyməti  $ 387,46 çatıb, lakin demək olar ki, dərhal qiymətlər enib. Azalmaları oynayan Tesla səhmdarları mübahisəli tweet nəticəsində $ 1 milyard məbləğində itiriblər (azalmalarda oynayan səhimdar, səhimləri baha qiymətə satır sonra daha az qiymətə satın alır və yaranmış fərqdə qazanır). Onlardan bəzisi Maskı məhkəməyə vermək üçün birləşdi. Onların sözlərinə görə, etdiyi şərhdə Mask bir məqsədi güdürdü: səhmlərin qiymətini artırmaq. Bu istintaqı Qiymətli Kağızlar və Exchange Komissiyası həyata keçirir –yaxın günlərdə Mask bununla bağlı sorğu-sual olunacaq.

Mask səhmlərin qiymətiylə bağlı manipulyasiya ittihamlarını rədd edir və azalmaları oynayan investorların «Bizim ölməmizi istəyən şərəfsiz» adlandırır. Mask hal-hazırda Tesla’nın özəlləşməsinin lazım olduğunu müdafiə edir.

İctimayi vəziyyət Tesla’nı rüblük maliyyə hesabatlarını dərc etməyə məcbur edir. Həmkarlarına yazdığı məktubda Mask «qırmızı rəqəmləri» göstərmək məcburiyyətində olmasının,onu  faydasız uzunmüddətli qərar qəbul etməyə məcbur etdiyini bildirib.

Sevgidə bəxti gətirmir

2017-ci ilin noyabrında Mask, Rolling Stone jurnalına verdiyi müsahibədə Hollywood aktrisası Amber Hurd ilə ayrılmağı səbəbindən , Model 3 elektrikli vasitənin buraxılmasını təxirə saldığını bildirib: «Mən onu həqiqətən sevdim və ayrılıq  məni yaraladı».  Eyni müsahibədə, o, daimi əlaqələr olmadan darıxdığını və zarafat  edərək ona bir qız tapmaqlarını istəyib – özünün buna vaxtı yoxdur.

2018-ci ildə, milyarder, yenə birinin köməyi olmadan aşiq olub. Bu dəfə – Kanada müğənnisi Claire Boucher (Grimes).

Yeni qız Maskı « öz şeytanı» adlandırır (o bir dəfə instagramda ona Rus dilində bu çür müraciət  edib- Grimesin Ukrayna kökləri var) və onu, Trumpa  dəstək verdiyinə görə  və Respublika Partiyasına sponsorluq etdiyinə görə hücumlardan qoruyur. elon musk22 copy

Əgər Maska Hurd ilə ayrılmaq belə təsir edibsə, o, Grimes ilə mübahisə edərsə nə olacaq? Münasibətin isə o nöqtəyə çatması an məsələsidir.

Business Insider yazırdı ki, yaxın zamanlarda Mask və Grimes reper  Azalia Banksı qonaq ediblər. Avqustun 20-də o Instagram hesabından bildirib  ki, Maskın vəkili ondan  telefonu alaraq hansısa məlumatları silib  və o telefonu geri qaytarmasını tələb edib. Ertəsi gün Mask öz Instagram hesabını silib, Grimes isə Maskı Twitter-də izləməyi dayandırıb.

Dəmir insan

Huffington Post nəşrinin təsisçisi və yuxusuzluq üzrə bestsellerin müəllifi  Arianna Huffington açıq məktubla Maska müraciət edərək onun iş  metodunun «qeyri-elmi və son dərəcə səmərəsiz» olduğunu  yazıb.

Mask Huffingtona cavab olaraq özünün zamanını necə idarə etmək lazım olduğunu yaxşı bildiyini söyləyib: «Ford və Tesla – iki yeganə Amerika avtomobil şirkətləridir ki iflasdan boyun qaçıra biliblər. Mən indicə fabrikdən evə gəldim.  Siz  iş stilin dəyişməsinin bir çıxış olduğunu düşünürsüz . Amma bu belə deyil».elon musk244 copy

New York Times ilə geniş müsahibəsində Mask öz vəziyyətini belə ifadə edir: «Mən pis günlərin geridə qaldığını düşündüm, amma əslində bu, yalnız Teslaya  aiddir. Mənim şəxsi həyatıma gəldikdə isə pisi hələ qabağdadır». Yəqin ki, Mask məhkəmə ilə bağlı işi həll edib, Teslanın səhmlərini alıb  və Çində nəhəng zavod açmağı planlaşdırır. Bəlkə bundan sonra bir nəfəs alacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər