Ən çox əhali depoziti olan banklar açıqlandı – RENKİNQ (01.07.2026)

Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 2026-cı ilin ikinci rübünün sonuna 17 milyard 379,1 milyon manata çatıb. Bu, birinci rüblə müqayisədə 791,7 milyon manat və ya 4,8% artım deməkdir.

Banker.az-ın tərtib etdiyi renkinqə görə, kredit portfelinin həcminə görə bazar lideri ABB olub. Bankın kredit portfeli ikinci rübün sonunda 3 milyard 893,8 milyon manat təşkil edib ki, bu da birinci rüblə müqayisədə 9,3% artım deməkdir.

İkinci yerdə Kapital Bank qərarlaşıb. Bankın kredit portfeli üç ay ərzində 11,9% artaraq 3 milyard 708,2 milyon manata yüksəlib. İlk üçlüyü isə PAŞA Bank tamamlayıb. Bankın kredit portfeli 1 milyard 854,1 milyon manat olub ki, bu da birinci rüblə müqayisədə 2,8% azalma deməkdir.

İlk üç bankın ümumi kredit portfeli ikinci rübün sonunda 9 milyard 456,1 milyon manat təşkil edib. Bu, bank sektorunun ümumi kredit portfelinin 54,4%-nə bərabərdir. Birinci rübün sonunda bu göstərici 53,0% olub. Beləliklə, ilk üçlüyün bazar payı 1,5 faiz bəndi artıb.

Rüblük artım tempinə görə banklar arasında lider AFB Bank olub. Bankın kredit portfeli üç ay ərzində 31,8% artıb. Sonrakı yerlərdə Bank VTB Azərbaycan (27,1%), Bank of Baku (15,6%), Expressbank (13,8%) və Kapital Bank (11,9%) qərarlaşıb.

3453534

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər