Azərbaycanın tikinti materialları bazarında illik qiymət dəyişiklikləri açıqlanıb.
Banker.az Dövlət Statustika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin aprelindən 2026-cı ilin aprelinə qədər Ən çox bahalaşanlar arasında plastik pəncərə (8.87%), pəncərə şüşəsi və su tənzimləyici cihazlar (hər biri 7.36%), sement (6.07%) və parket üçün lak (5.71%) diqqət çəkir. Lambrin qiyməti də 8.33% artaraq önəmli artım göstərib.
Ən çox ucuzlaşan məhsullar isə alçipan (-17.41%), sulu boya (-1.38%), kəsilmiş taxta (-1.69%) və parket (-1.46%) olub. Digər materiallarda dəyişikliklər nisbətən məhdud, 0-5% intervalında qalıb.








