12 C
Baku
Wednesday, December 11, 2024

Ən çox “iPhone” istifadəçisi olan ölkələrin adları açıqlandı

Almaniyadan olan demoqraf (əhalinin tərkibini, artımını, miqdarını və hərəkətini öyrənən elm) Simon Kustenmacher özünün “X” hesabında Avropada “iPhone” tələbi ilə bağlı məlumatlar dərc edib.

Hesabata görə, “Apple” smartfonları daha çox Qərb ölkələrində populyardır. Ən yüksək göstəricilər Danimarka və Norveçdədir və bu ölkələrdə “iPhone” istifadəçilərinin nisbəti 60-70% təşkil edir. İngiltərə, İsveç, İsveçrə və Albaniyada yaşayan əhalinin yarıdan çoxu 50-60% “Apple” cihazlarına üstünlük verir. Eyni şəkildə, “iPhone” smartfonları Fransa, Belçika, Hollandiya, Avstriya və İrlandiyada 40-50% təşkil edir.

S.Kustenmacherin qeyd etdiyi kimi, Rusiya və Almaniyada “iPhone”a tələbat 30-40% civarındadır. Eyni sayda “Apple” istifadəçiləri İtaliya, Portuqaliya, Finlandiya, Latviya və Estoniyada da var. Lakin Belarus və Litvada bu göstərici daha azdır 20-30% səviyyəsindədir.

Son xəbərlər
Digər xəbərlər