17 C
Baku
Thursday, November 20, 2025

2025-ci ildə ən çox qızıl alan 10 ölkə — Siyahı

“BestBrokers” tədqiqat şirkətinin Ümumdünya Qızıl Şurasının (WGC) məlumatlarını təhlil edərək apardığı hesablamalara görə, bu ilin əvvəlindən ən çox qızıl ehtiyatlarını artıran ölkələr Polşa və Qazaxıstan olub. Onlar müvafiq olaraq 67,1 ton və 32,4 ton qızıl alıblar. Üçlüyü isə ilin əvvəlindən ehtiyatlarını 22,7 ton artıran Çin Mərkəzi Bankı tamamlayır. Hazırkı ildə ən çox qızıl alan ilk onluğa həmçinin Türkiyə, Çexiya, Kamboca, Qana, Qətər, Hindistan və Serbiya daxildir. Analitiklər qeyd edirlər ki, bazar və geosiyasi qeyri-stabil şəraitdə ənənəvi olaraq “təhlükəsiz aktiv” sayılan qızıla tələbat qiymət artımı fonunda yüksəlir.

Bununla yanaşı, bəzi ölkələr ilin əvvəlindən qızıl ehtiyatlarını azaldıblar. Ən çox qızıl satan ilk beşliyə Özbəkistan (16,8 ton), Sinqapur (15,8), İndoneziya (12,9), Rusiya (6,2) və Almaniya (1,3) daxildir. Hesabatda qeyd olunur ki, Rusiya 2025-ci ildə qızıl ehtiyatlarını azaldıb — bu, 17 il fasiləsiz ehtiyat artırdıqdan sonra baş verib.

Hazırda dünyada ən böyük qızıl ehtiyatına malik ilk beşlik ABŞ (8133 ton), Almaniya (3350 ton), İtaliya (2451 ton), Fransa (2437 ton) və Rusiyadır (2329 ton).

Son xəbərlər
Digər xəbərlər