Ümumdünya Ticarət Təşkilatının (ÜTT) məlumatına görə, 2023-cü ildə dünya ticarətinin həcmi 31,6 trilyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1,2% azdır. Bununla belə, artıq 2024-cü ildə dünya ticarətinin həcmi 2,6% artıb, 2025-ci ildə isə 3,3% artım gözlənilir.
Qlobal ticarət göstəricilərinin pisləşməsinə mal ticarətinin həcminin azalması təsir göstərib: 6%, 24 trilyon dollara qədər. Eyni zamanda, bu azalma kommersiya xidmətləri sektorunda güclü artımla kompensasiya edilib: 9%, 7,5 trilyon dollara qədər.
Xüsusilə, beynəlxalq səyahətlərin bərpası və rəqəmsal formatda göstərilən xidmətlər seqmentində güclü artım sayəsində kommersiya xidmətləri ticarətinin həcmi artıb. ÜTT-nin hesablamalarına görə, rəqəmsal xidmətlərin qlobal ixracı il ərzində 9% artaraq 4,3 trilyon dollara çatıb. Rəqəmsal xidmətlər ixracının payı dünya mal və xidmətlərin ticarətinin ümumi həcminin 13,8%-ni təşkil edib.
Rəqəmsal xidmətlər ixracının həcminin yarısından çoxu (52,4%) Avropanın, 23,8%-i isə Asiyanın payına düşüb. İl ərzində bu regionlarda rəqəmsal xidmətlər ixracı müvafiq olaraq 11% və 9% artıb. Rəqəmsal xidmətlər ticarətində ən böyük illik artım Afrikada (13%), ən kiçik artım isə Şimali Amerikada (yalnız 3%) qeydə alınıb.
Eyni zamanda, rəqəmsal xidmətlər ixracının ümumi həcminin demək olar ki, 84%-i 20 ölkənin payına düşür. 2023-cü ildə ən böyük rəqəmsal ixracatçılar ABŞ (649 milyard dollar), Böyük Britaniya (438 milyard dollar) və İrlandiya (328 milyard dollar) olub.
Dünyada ən böyük rəqəmsal xidmətlər ixracatçısı olan ölkələr
- ABŞ (649 mlrd. dollar)
- Böyük Britaniya (438 mlrd. dollar)
- İrlandiya (328 mlrd. dollar)
- Hindistan (257 mlrd. dollar)
- Almaniya (248 mlrd. dollar)
- Çin (207 mlrd. dollar)
- Niderland (194 mlrd. dollar)
- Sinqapur (182 mlrd. dollar)
- Fransa (170 mlrd. dollar)
- Lüskemburq (122 mlrd. dollar)
- Yaponiya (116 mlrd. dollar)
- İsveçrə (111 mlrd. dollar)
- Belçika (89 mlrd. dollar)
- Kanada (80 mlrd. dollar)
- İsveç (69 mlrd. dollar)
- İspaniya (67 mlrd. dollar)
- İsrail (63 mlrd. dollar)
- Cənubi Koreya (62 mlrd. dollar)
- İtaliya (61 mlrd. dollar)
- BƏƏ (48 mlrd. dollar)
Qlobal rəqəmsal xidmətlər ixracının əhəmiyyətli hissəsini kompüter xidmətləri təşkil edib: 20,5%. Sonrakı yerdə maliyyə xidmətləri (16%), əqli mülkiyyətlə bağlı xidmətlər (10,9%), sığorta və pensiya xidmətləri (5,2%), telekommunikasiya xidmətləri (2,6%), ardınca audiovizual və digər şəxsi, mədəni və istirahət xidmətləri (2,1%) gəlir. Digər rəqəmsal xidmətlərin ixracının payı 41,2% təşkil edib.