Bakı aeroportunun sərnişin dövriyyəsi 2023-cü ilin 11 ayında 5,3 milyonu ötüb.
Banker.az xəbər verir ki, bu müddət ərzində 42 aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib ki, onların da 18-si aşağıbüdcəli aviadaşıyıcılardır.
Onların payına düşən sərnişinlərin sayı 43.4 faiz təşkil edib. Ən çox sərnişin isə “Turkish Airlines”, “Georgian Wings”, “Aeroflot”, “Utair” və “FlyDubai” aviaşirkətləri tərəfindən daşınıb.