3 C
Baku
Saturday, December 14, 2024

2023-cü ildə ən çox şokolad ixrac edən ölkələr – Siyahı

Almaniya 2023-cü ilin ilk doqquz ayında 3.84 milyard dollar dəyərində şokolad ixrac edərək, dünya lideri olub. Qeyd edək ki, bu il kakao məhsullarının əsas ixracatçıları Avropa İttifaqı ölkələridir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Belçika (1.77 milyard dollar) və Niderland (1.66 milyard dollar) qərarlaşıb.

İlk onluğa həmçinin Polşa (1.63 milyard dollar), Kanada (1.33 milyard dollar), İtaliya (1.29 milyard dollar), Malayziya (1.12 milyard dollar), ABŞ (995 milyon dollar), Böyük Britaniya (652.5 milyon dollar) və İsveçrə (643.1 milyon dollar) daxildir.

Dünyanın Top-15 şokolad ixracatçıları arasında Rusiya (535 milyon dollar), Türkiyə (463.5 milyon dollar), Meksika (429.5 milyon dollar), Avstriya (406.6 milyon dollar) və İspaniya (388.6 milyon dollar) var. Onların ardınca İsveç, İrlandiya, Çexiya, Çin, Slovakiya, Xorvatiya, Litva və Macarıstan gəlir.

  1. Almaniya
  2. Belçika
  3. Niderland
  4. Polşa
  5. Kanada
  6. İtaliya
  7. Malayziya
  8. ABŞ
  9. Böyük Britaniya
  10. İsveçrə
  11. Rusiya
  12. Türkiyə
  13. Meksika
  14. Avstriya
  15. İspaniya

Noyabrın ortalarında kakaonun mübadilə dəyəri 1977-ci ildən bəri ən yüksək həddə çatıb: 2023-cü ilin dekabrında icra üçün müqavilələr üzrə bir tonun dəyəri 4051 dollara yüksəlib. Bu qiymət artımının səbəbi Qərbi Afrikada iki illik məhsul çatışmazlığıdır, çünki əsas istehsal ölkələri olan Qana və Kot-d’İvuar yağış suları altındadır. Nəticədə, dünyada kakao xammalının davamlı çatışmazlığı qalmaqdadır.

Son xəbərlər
Digər xəbərlər